“AZƏRTAC”ın müxbiri ürəktutmasından vəfat etdi

10.01.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Aişə Axundova dünyasını dəyişib.

İnfarkt keçirən jurnalist xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Aişə Axundova uzun müddətdir AZƏRTAC-da müxbir-tərcüməçi kimi çalışıb.
Allah rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью