“Azərxalça” avtomobillərin təmiri üçün 475 min manatlıq tender elan edib

11.08.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

“Azərxalça” ASC nəqliyyat vasitələrinin cari təmiri xidmətinin satın alınması məqsədilə tender elan edib.

“APA-Economics” xəbər verir ki, tenderin ehtimal olunan dəyəri 475 min manatdır.

Tenderdə iştirak haqqı 350 manatdır. Təkliflərin qəbul edilmə vaxtı 8 sentyabr 2025-ci ildə başa çatacaq. Zərflər təkliflərin qəbul edilmə vaxtının bitdiyi gün açılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью