“Azəryaşlandşaft” auditor seçir

31.01.2025

Icma.az, Report.az saytına istinadən bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft” ASC) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, kotirovkada iştirak haqqı 16 manat təşkil edir.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 17-si, saat 11:00-a qədər cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Nobel prospekti, 61 ünvanına təqdim edə bilərlər.

Təkliflərə eyni gündə, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, “Azəryaşlandşaft”ın 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusunun qalibi "Professional Financial Experts" MMC olub. Bu xidmətlərə görə şirkətə 2,788 min manat ödəniləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью