“Azəryol” Astananı məğlub edib İdman və Biz

08.12.2024

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Qazaxıstanın “Astana” həndbol klubu Bakıda hazırlıq keçir.

İdman.biz xəbər verir ki, məqsəd qarşıdakı yarışlara səmərəli hazırlaşmaq, eləcə də Azərbaycan klubları ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.

“Astana” təlim-məşq toplanışı çərçivəsində paytaxtımızda bir sıra yoxlama oyununda qüvvəsini sınayacaq. Artıq bu qarşılaşmalardan biri reallaşıb. "AHF Arena”da təşkil olunan görüşdə Azərbaycanın “Azəryol” və “Astana” komandaları üz-üzə gəlib. Matçda rəqibindən bütün kompenentlərdə üstün olan komandamız ilk hissəni 23:12 hesabı ilə irəlidə tamamlayıb. Fasilədən sonra da meydanda dominatlıq edən tərəf “Azəryol” həndbolçuları 40:22 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, “Astana” klubunun təlim-məşq toplanışı dekabrın 9-a kimi davam edəcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью