Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kişi və qadın həndbolçuların Azərbaycan çempionatında final mərhələsinin növbəti turu start götürüb.
Fanat.Az xəbər verir ki, kişilərin yarışında 1-4-cü yerlər uğrunda mübarizə aparan “Azəryol” və “Bakı” komandaları üz-üzə gəlib.
Görüş nominal qonaqların 27:21 hesablı qələbəsi ilə nəticələnib.
Qadınların mübarizəsində isə 1-4-cü yerlər uğrunda “Azəryol” “İdman Akademiyası” ilə qarşılaşıb.
Bu matçda “Azəryol” rəqibindən üstün olub – 37:22. Hər iki oyun “AHF Arena”da baş tutub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.