AZHAB Forumu üçün könüllülərin qəbuluna başlanılıb

19.08.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 avqust, AZƏRTAC

Oktyabrın 7-8-də Bakıda keçiriləcək 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumuna könüllülərin cəlb olunması üçün müraciətlərin qəbuluna başlanılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, forumda könüllü kimi iştirak etmək istəyən gənclər sentyabrın 15-dək müraciət etməlidir.

Forumda iştirak etməklə könüllülər beynəlxalq tədbirin təşkili və idarə olunmasında yaxından iştirak edəcək, komanda ilə işləmək və ünsiyyət bacarıqlarını inkişaf etdirəcək, peşəkar mühitdə real iş təcrübəsi qazanacaq, xarici qonaqlarla ünsiyyət qurmaqla yeni əlaqələr yaratmaq imkanı əldə edəcək, xüsusi təlimə qatılacaq və sertifikatla təltif olunacaqlar.

Ətraflı məlumat və qeydiyyat üçün: https://forms.gle/bnov3Q1n4zNTuUxA9

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью