Azı iki ay oynamayacaq

30.01.2026

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Patrik Dorqunun son vəziyyəti ilə bağlı məlumat yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in müdafiəçisinin zədəsi ciddidi. “The Athletic”in yaydığı xəbərə görə, 21 yaşlı futbolçu uzun müddət - təxminən iki ay komandadan ayrı qalacaq. Danimarkalı futbolçu İngiltərə premier-liqasının 23-cü turunun “Arsenal”la oyununda (3:2) dizin arxa əzələsində ciddi problemlə üzləşib və meydanı tərk edib.
Dorqu növbəti 8 matçda MY-nin formasını geyə bilməyəcək. O, yalnız aprel ayında, mümkün olsa, “Lids”lə oyunda meydana çıxa bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью