Azı iki həftə “dincələcək”

14.01.2026

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyaya yenicə gələn Niklas Füllkruq bəxtsizliklə üzləşib.

"Football-plus.az" xəbər verir ki, “Milan”ın yeni transferi zədələnib. 32 yaşlı hücumçu ayağından zədə alıb və oyunlara ara vermək məcburiyyətində qalıb. Onun ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Füllkruq yanvarın əvvəlində “Vest Hem”dən “Milan”a transfer hüququ ilə icarəyə verilib. O, “Kalyari”, “Cenoa” və “Fiorentina”ya qarşı oyunlar daxil olmaqla A seriyasında üç matça çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью