Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azerbaijan İnternational Telecom” (AzİnTelecom) 2024-cü ildə bir xeyli tenderi keçirib.
Tribunainfo.az bununla bağlı geniş bir aşadırma aparıb və məlum olub ki, ötən il üçün qurumun keçirdiyi tenderlərin sayı 32 olub.
Bu tenderlər üzrə bağlanan müqavilələrin ümumi dəyəri isə 35 923 810 manat təşkil edib.
Qeyd edək ki, “Azerbaijan İnternational Telecom” (AzİnTelecom) bu vəsiatləri bir çox məqsədlərə, o cümlədən mövcud şəbəkənin genişləndirilməsi, hökumət buludunun yaradılması və digər məqsədlərə xərcləyib.
Bildirək ki, sözügedən dövlət qurumu bir çox şirkətlərlər tender müqavilələri bağlayıb.
Lakin ən böyük tender layihələrini isə konkret şirkətlərlə reallaşdırıb.
Məsələn, ötən il “Azerbaijan İnternational Telecom” (AzİnTelecom) “BESTCOMP GROUP” QSC ilə toplam üç tender sazişi bağlasa da, bu müsabiqələrin dəyərləri heç də kiçik olmayıb.