“AzInTelecom” daha bir sığortaçı seçib

13.12.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC 719 əməkdaşının könüllü tibbi sığortalanması (hər bir şəxs üçün 15 min manatlıq) ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Meqa Sığorta" ASC-dir.

Qalib şirkətə 258,8 min manat ödəniləcək.

Xatırladaq ki, bir əvvəl “AzInTelecom” inzibati binasını və data mərkəzini də sığortalayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью