Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“AzInTelecom” MMC ödəniş ekosistemində “bulud” xidmətləri üzrə qlobal standartları müəyyən edən “PCI DSS Certificate of Compliance” sertifikatını əldə edib.
“Qafqazinfo” xəbər verir ki, şirkət MDB məkanında “PCI DSS” sertifikatının 4.0.1 versiyasını əldə edən ilk “bulud” provayderi olub.
Bununla da “AzInTelecom”a məxsus Bakı Əsas Data Mərkəzinin maliyyə qurumları üçün “bulud” xidmətləri göstərmə uyğunluğu təsdiqlənib.
Artıq “AzInTelecom” həm “bulud”, həm də yerləşdirmə üzrə “PCI DSS” uyğunluq sertifikatına malikdir.
Bu isə o deməkdir ki, maliyyə sahəsində fəaliyyət göstərən bütün qurumlar artıq “AzInTelecom”dan “bulud” xidməti əldə edə bilərlər.
Sertifikatın əldə olunması üçün əvvəlcə Azərbaycanda səlahiyyətli “Quality Veritas” şirkəti tərəfindən ilkin qiymətləndirilmə aparılıb, müstəqil auditorlar tərəfindən audit həyata keçirilib.
Audit nəticəsində uyğunluq təsdiqlənib və “AzInTelecom” MMC-yə “PCI DSS Certificate of Compliance” sertifikatı təqdim edilib.