AzInTelekom” tədbirə 108 min manat xərcləyəcək

07.02.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” kommersiya məqsədli tədbirlərin təşkili xidmətlərinə 108 088 manat xərcləyəcək.

Pravda.az-ın xəbərinə görə, qurum bu məqsədlə “Laguna Group” MMC ilə müqavilə bağlamağı planlaşdırır.

Buraya mətbuat konfransı və kommersiya tədbiri daxildir.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью