“AZIREX2024” birgə taktiki təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb

07.11.2024

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçirilən “AZIREX-2024” birgə taktiki təlimində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisi Vətənə qayıdıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, təlimdə fərqlənmiş bir qrup hərbi dənizçi fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, "Dənizdə axtarış-xilasetmə" birgə taktiki təliminə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью