Aziz Yıldırım baş məşqçi namizədini açıqladı: GÖZLƏNİLƏN SEÇİM

07.06.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Fənərbaxça"da prezidentliyə namizəd Aziz Yıldırım baş məşqçi postu ilə bağlı planını açıqlayıb.

Apasport.az xəbər verir ki, o, HT Spor kanalında yayımlanan proqramda prezident seçiləcəyi təqdirdə komandanı Aykut Kocamana tapşıracağını bildirib.

Yıldırım təcrübəli mütəxəssisin klubu yaxşı tanıdığını və yenidən komandaya fayda verə biləcəyini vurğulayıb.

Qeyd edək ki, Aykut Kocaman "Fənərbaxça"nı iki müxtəlif dönəmdə çalışdırıb. O, 2010/11 mövsümündə İstanbul təmsilçisini Türkiyə çempionu edib. Kocaman sonradan 2017-2018-ci illərdə də komandaya rəhbərlik edib.

"Fənərbaxça"da prezident seçkilərinin nəticələrinə sabah aydınlıq gələcək.

Yoxlama matçı: Türkiyə Venesuelanı məğlub edib İngiltərə qələbə qazandı: Yeganə qol Keyndən "Malyorka" ilə yollar ayrıldı - Kayl Larin İngiltərə klubunda Portuqaliya-Çili matçında kütləvi dava - VİDEO “Fənər”də “transfer bombası”: Levandovski ilə razılıq əldə olundu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью