Aziz Yıldırımın evində qadın meyiti tapıldı

30.06.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ölkə.az" xəbər verir ki, bölgədə bərbər kimi çalışan Derya Gündoğdu Aziz Yıldırımın qızına manikür və pedikür xidməti göstərmək üçün evlərinə gedib.

Gündoğdu evdə olduğu vaxt pisləşib. İlkin məlumata görə, onun pilləkənlərdən çıxarkən yerə yıxıldığı və daha sonra hərəkətsiz qaldığı müəyyənləşib.

Hadisə ilə bağlı ünvana polis əməkdaşları cəlb olunub. Evdə araşdırma aparan hüquq-mühafizə orqanları təhlükəsizlik kameralarının görüntülərini incələyib.

Qeyd edək ki, Derya Gündoğdunun dəqiq ölüm səbəbi aparılacaq ekspertizadan sonra məlum olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью