Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Fənərbağça"nın prezidenti seçilən Aziz Yıldırım yeni mövsüm öncəsi transfer çalışmalarına start verib.
Milli.Az xəbər verir ki, Türkiyə mediasında yayılan məlumatlara görə, təcrübəli klub rəhbərinin əsas hədəflərindən biri kosovalı hücumçu Vedat Muriqini yenidən komandaya qaytarmaqdır. İddialara əsasən, Yıldırım həm RCD Mallorca, həm də futbolçunun özü ilə ilkin razılıq əldə edib. Hazırda keçidlə bağlı son detalların müzakirə olunduğu və yaxın günlərdə rəsmi açıqlamanın verilə biləcəyi bildirilir.
Aziz Yıldırımın transfer siyahısında yer alan digər məşhur hücumçu isə Serhou Guirassydir. Seçki kampaniyası zamanı hücum xəttinin gücləndirilməsinin vacibliyini vurğulayan klub prezidenti futbolçunu heyətə cəlb etmək niyyətindədir.
Məlumatlara görə, Borussia Dortmundun formasını geyinən Qirassinin transferi üçün İstanbul təmsilçisi qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.
Transferlərlə bağlı yekun qərarın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
Hüseyn
Milli.Az