Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Azərbaycan Memarlıq və İnşaat Universiteti maşın və avadanlıqların satın alınmasını həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, ali təhsil müəssisəsi bu məqsədlə "SKYTECH İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. Müqavilənin ümumi dəyəri 203 min 900 manat 46 qəpik təşkil edir. Sənədə əsasən, şirkət universiteti lazımi maşın və avadanlıqlarla təmin edəcək.
Qeyd edək ki, sözügedən şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir. Rəhbərliyi isə Leyla Hüseynovadır. pizza mizza