Icma.az bildirir, Marja.az portalına istinadən.
“Azneft” İstehsalat Birliyi ölkə ərazisində hava şəraitinin dəyişməsi ilə bağlı görülən təhlükəsizlik tədbirləri ilə bağlı məlumat yayıb.
Qeyd edilib ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.
Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.