“Aznur”un baş məşqçisi qrupdakı rəqiblərdən danışdı

15.09.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparacaq “Aznur”un F qrupundakı rəqibləri heç də asan deyil”.

Bunu komandanın baş məşqçisi Rəcəb Fərəczadə deyib.

O, rəqiblər barədə bəzi məlumatlara malik olduqlarını qeyd edib.

“Polşanın “Sokil” komandasının heyətinin böyük hissəsini ukraynalı futbolçular təşkil edir. İngiltərənin “Bukovina Badeuti” klubunda daha çox rumıniyalı oyunçular yer alıblar. Onların minifutbol oynamaq bacarığı hər kəsə bəllidir. Macarıstanın “The Private Rooftop” kollektivi də möhkəm komandadır, əvvəlki mövsümlərdə “Zirə” ilə qarşılaşıblar. Maraqlı qrupdur, bəxtimizə heç də asan rəqiblər düşməyib. Lakin bizim komanda da zəif deyil, zaman hər şeyi göstərəcək”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

45 yaşlı mütəxəssis oyun qrafikinin vacibliyinə də toxunub:

“Bizim üçün əsasən ilk oyun bir qədər çətin olacaq. Çünki birinci matçda kimlə qarşılaşacağımız hələ bəlli deyil. Oyun qrafiki açıqlanandan sonra rəqibimiz bəlli olsa, işimiz daha rahatlaşar. Digər iki qarşılaşmanı isə orada canlı izləmək və rəqibləri təhlil etmək imkanımız olacaq”.

Xatırladaq ki, “Aznur” Çempionlar Liqasının F qrupunda “The Private Rooftop” (Macarıstan), “Sokil” (Polşa) və “Bukovina Badeuti” (İngiltərə) komandaları ilə mübarizə aparacaq.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью