Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azov dənizində yük gəmisinə pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum zamanı yaralanan Azərbaycan vətəndaşı Samir İbadzadə vəziyyətinin yaxşı olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, o, APA-nın videomüraciətində valideynlərinə və yaxınlarına səslənib.
“Hər şey yaxşıdır. Valideynlərim narahat olmasın”, – deyə Samir İbadzadə bildirib.
Hazırda Yeysk Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində müalicə alan Azərbaycan vətəndaşı səhhətinin normal olduğunu qeyd edib.
Qeyd edək ki, iyunun 5-də Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum edilib. Hadisə nəticəsində Azərbaycan vətəndaşları arasında ölən və yaralananlar olub.