AzParking də texniki problem yarananda sürücülər nə etməlidir?

19.06.2026

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar sosial mediada "AzParking” mobil tətbiqində texniki problemlərin yaranması, proqramın donması və istifadəçilərin çətinliklərlə üzləşməsi ilə bağlı xəbərlər yayılır. Sürücülər tətbiqdən istifadə zamanı yaranan nasazlıqlarla bağlı narahatlıqlarını ifadə edirlər.

Məsələ ilə bağlı AZXEBER.COM-un sorğusuna cavab olaraq "AzParking” MMC-dən bildirilib ki, texniki nasazlıqlar baş verdiyi zaman monitorinqlər həyata keçirilmir:

"”AzParking” proqramında baş verən nasazlıq ilə bağlı bizə heç bir şikayət daxil olmayıb. Sadəcə bir dəfə bizdən asılı olmayan səbəblərdən sürücülər parklanma sessiyasını başlada bilməyiblər. Bu problem 1-2 dəqiqə ərzində həll olunub. Bu texniki nasazlıqlar baş verdiyi zaman interval nəzərə alınır və monitorinqlər həyata keçirilmir. Sürücülərə bildiririk ki, narahat olmağa heç bir əsas yoxdur. Texniki mütəxəssislərimiz dərhal problemi araşdırır və qısa müddətdə aradan qaldırılır”.

Qurumdan bildirilib ki, sürücülər mobil tətbiqdən əlavə, SMS vasitəsilə də 1181 nömrəsinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını göndərərək parklanma sessiyasını aktivləşdirə bilərlər. Əlavə problem yarandığı halda isə sürücü 141 Çağrı Mərkəzinə zəng edərək şikayətini bildirə bilər. Daxil olan müraciətlər araşdırılır və yaranan problemlər operativ şəkildə həll olunur.

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью