AzParking tətbiqi ilə elektron parklanma sistemi

10.01.2025

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bu gün keçirilən "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda mətbuat konfransında deyib.
Onun sözlərinə görə, parklanmanın proqram təminatı ve SMS vasitəsilə idarə edilməsi məqsədilə sistem istifadəyə verilib:
"AzParking" mobil tətbiqi istifadəyə verilib, parkinq ödənişlərinin yalnız nağdsız qaydada ödənilməsi, fərdi parklanma talonlarının sistem üzərindən tam elektron şəkildə verilməsi təmin edilib. Ötən dövr ərzində verilən fərdi parklanma talonlarının sayi 19242 ədəd təşkil edilib. Parklanma sahəsində yeni paradiqma yaradılıb ve parklanma yerlərinin əlçatanlığı təmin olunub".
Həmidə İbrahimova
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью