Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda sürücü "Azpetrol"dan şikayət edib.
"Unikal" xəbər verir ki, bu barədə sürücü sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, "BMW" markalı avtomobilinə "Azpetrol"a məxsus yanacaq doldurma məntəqəsindən "Aİ-95" markalı benzin vurub.
Yanacaq doldurduqdan sonra onun avtomobilində nasazlıq yaranıb. Belə ki, yanacaq nasosu sıradan çıxan avtomobil işə düşməyib.
Seymur Əli