“Azpetrol”da 51 litrlik çənə 54 litr benzin vuruldu

13.11.2025

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yanacaq doldurma məntəqəsində maşının çəninə tutumundan artıq benzin vurulub.

Bu barədə Metbuat.az-ın qaynar xəttinə daxil olan şikayətdə bildirilib. Sürücü Şəkidəki “Azpetrol LTD” yanacaqdoldurma məntəqəsindən narazılıq edib.

O bildirib ki, avtomobilinin yanacaq çəni 51 litr tutumlu olsa da, məntəqədə 53.98 litr benzin vurulub:

“Avtomobilimin çəni maksimum 51 litr tutur. Yanacaq vurulmamışdan əvvəl çəndə təxminən 4-5 litr benzin var idi. “Azpetrol”da 53.98 litr vuruldu, tapança da avtomatik atmadı, operator özü saxladı. YDM-nin əməkdaşı dedi ki, belə hallar olur, şlanqda qalan benzin sayğacı çox göstərir. Amma mən illərlə maşın sürürəm, ilk dəfədir belə bir şeylə rastlaşıram”, – deyə sürücü qeyd edib.

Məsələ ilə bağlı Metbuat.az “Azpetrol” şirkətinin mətbuat xidmətinə sorğu ünvanladıq.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью