“AzPlus” Marketinq Agentliyi fəaliyyətini genişləndirir Foto

29.01.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xeyli müddətdir rəqəmsal marketinq sahəsində fəaliyyət göstərən “AzPlus” Marketinq Agentliyi yeni komanda və yeni hədəflərlə bizneslər üçün strateji kommunikasiya və satış yönümlü həllər təqdim etməklə fəaliyyətini genişləndirir.

“AzPlus”un direktoru Aynurə Azayevanın “Qafqazinfo”ya verdiyi məlumata görə, agentlik sosial media idarəetməsi, kontent strategiyası, rəqəmsal reklamların təşkili və brend identifikasiyası istiqamətlərində xidmət göstərir.

“Agentliyin yanaşması bir qədər fərqlidir. Biz yalnız vizual və paylaşım üzərində deyil, ölçülə bilən nəticələrə əsaslanan marketinq modelinin qurulmasına fokuslanırıq. “AzPlus” hər bir müştəri ilə əməkdaşlığa bazar və auditoriya təhlili ilə başlayır. Bu mərhələdən sonra brend üçün uyğun kontent dili, reklam strategiyası və kommunikasiya xətti formalaşdırılır.

“AzPlus”un xidmət portfelinə sosial media strategiyasının hazırlanması, foto və video çəkilişlərin təşkili, “Meta”, “Google” və “TikTok” platformalarında reklam kampaniyalarının idarə olunması, həmçinin loqo və “brendbook” hazırlanması daxildir. Agentlik eyni zamanda “Youtube” və uzunmüddətli kontent strategiyaları üzrə də xidmət göstərir”, - o bildirib.

Qeyd edək ki, “AzPlus” müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət və fərdi sahibkarlarla əməkdaşlıq edir. Agentlik xüsusilə böyümə və satış hədəfi olan bizneslər üçün fərdi yanaşma tətbiq edir.

“AzPlus” Marketinq Agentliyi rəqəmsal mühitdə davamlı mövqe qurmaq və brendini sistemli şəkildə inkişaf etdirmək istəyən şirkətlər üçün peşəkar xidmətlər təklif edir.

Əlaqə vasitələri:

İnstaqram: AzPlus

Vatsap: (010) 105 70 10 (Satış şöbəsi)

Telefon:  (010) 105 70 12; (050) 201 93 08


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью