AZPROMO: Logistik subsidiya mexanizmi qeyriənənəvi bazarlara ixracı stimullaşdıracaq

26.11.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

2025-ci ildə təsdiqlənməsi gözlənilən logistik subsidiya mexanizmi qeyri-ənənəvi bazarlara ixracı stimullaşdıracaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva Bakıda keçirilən "Turan E-ticarət və E-İxracat Forumu"nda deyib.

Onun sözlərinə görə, bu stimullaşdırma ixrac coğrafiyasının şaxələndirilməsinə töhfə verəcək: “Sözügedən mexanizm, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdən ixrac fəaliyyətini həyata keçirən sahibkarların logistik xərclərinin tam şəkildə qarşılanmasını nəzərdə tutur”.

O əlavə edib ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Türk dövlətləri arasında ticarət dövriyyəsi 6,1 milyard ABŞ dollarına çatıb, bunun 3,5 milyard ABŞ dolları ixrac payına düşüb.

S. Yəhyayeva bildirib ki, investisiyalar baxımından, 1995-2023-cü illər arasında Turan dövlətlərindən Azərbaycanın iqtisadiyyatına 16 milyard ABŞ dollarından çox sərmayə yatırılıb: “Bundan əlavə, bütün Türk dövlətləri ilə sərmayələrin təşviqi və qorunması barədə razılaşmalar imzalanıb ki, bu da müqavilə-hüquq bazasının daha da möhkəmləndirilməsi və genişləndirilməsi üçün zəmin yaradır”.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью