AZPROMO nun icraçı direktoru: Birinci Azərbaycan İnvestisiya Forumunda sazişlərin həcmi 10…
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Astana, 22 oktyabr, AZƏRTAC Bizim investisiya əlaqələrimiz möhkəmlənir.
Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyalarının həcmi 225 milyon dollara çatıb.AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Astanada keçirilən Qazaxıstan-Azərbaycan biznes forumunda bildirib.Onun sözlərinə görə, Qazaxıstanın Azərbaycana investisiyaları 136 milyon dollar təşkil edib.
Sevindirici haldır ki, bu investisiyaların hamısı Azərbaycanın qeyri-neft sektoruna yönəldilib.“Həmçinin ötən il 300 milyon dollar kapitala malik birgə investisiya fondu yaradılıb.
O, hər iki ölkə üçün maraq doğuran layihələri maliyyələşdirməyə hazırdır.
Birbaşa işgüzar ünsiyyət üçün effektiv platformaya çevrilən Azərbaycan-Qazaxıstan İşgüzar Şurası tərəfdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır.
Şuranın üçüncü iclası bir daha sahibkarların birgə təşəbbüslərə və uzunmüddətli əlaqələrin möhkəmləndirilməsinə artan marağını təsdiqləyir”, - deyə o qeyd edib.AZPROMO rəhbəri bildirib ki, bugünkü biznes forum hər iki ölkədən qida sənayesi, İKT, logistika, kənd təsərrüfatı, maliyyə, turizm, texnologiyalar, neft-qaz sektorunda fəaliyyət göstərən 100-dən çox şirkəti bir araya gətirib.
Forum çərçivəsində artıq B2B və B2C görüşləri keçirilib. “Son 10 ildə Azərbaycan istehsalın səmərəliliyinin artırılmasına və qlobal şəbəkələ
Tam oxu
Xəbəri oxu