Azpulmat a borcu olanların nəzərinə Cəmi 1 manata...

30.04.2025

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azpulmat”a borcu olan şəxslərin sözlərinə görə, mütləq deyil ki, qeyd olunan müddətədək bütün borcu ödəsinlər. Hətta həmin vaxtda 1 manat da ödəmiş olsalar, borcları azalır. Ümumiyyətlə, “Azpulmat” kredit təşkilatında borcun üzərinə heç bir faiz də gəlmir. Maraqlıdır ki, normal banklarda ödəniş müddəti keçdikdə və məbləğ tam ödənilmədikdə, həmin məbləğə faiz əlavə olunur və banklar bununla qazanc əldə edirlər.

Məsələ ilə bağlı “Azpulmat”ın Mətbuat Xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təşkilat müddətin uzadılmasını qazanc məqsədilə deyil, sırf müştəriyə dəstək olmaq üçün edilir:

“Elə hallar ola bilər ki, müştəri həmin vaxtda məbləği tam ödəyib bağlaya bilməsin. Bu zaman müştərinin adı gecikməyə düşməsin, yəni gecikmə günləri yaranmasın deyə biz müddət uzatmasını belə tətbiq etmişik. Bu, sırf müştərilərə dəstək məqsədi daşıyır və burada heç bir qazanc məqsədi yoxdur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью