Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son illərdə Azərbaycanda bank olmayan kredit təşkilatlarından (BOKT) istifadə edən şəxslərin sayı artıb.
Bu cür kreditlər daha sürətli və asan bir şəkildə alınması ilə tanınır.
“Azpulmat”, “Manato” və digər bu tip təşkilatlar vətəndaşlara kiçik məbləğlərdə və qısamüddətli kreditlər təklif edir.
Çox vaxt bəzi şəxslər borc öhdəliklərini düzgün yerinə yetirmirlər.
Onlar kreditin qaytarılmasını gecikdirir və ya tamamilə ödəməkdən imtina edirlər. Bəs BOKT-lara borcunu ödəməyən şəxsi nə gözləyir?
Bununla bağlı iqtisadçı ekspert Asif İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, bank olmayan kredit təşkilatları, kredit ittifaqları ilə banklar arasındakı fərq əsasən onların yaradılmasında tələb olunan nizamnamə kapitalının minimum məbləği ilə müəyyən edilir.
Mahiyyət etibarilə onların işləmə mexanizmləri oxşar və bir çox hallarda eynidir: “Bankların nizamnamə kapitalı mövcud qanunvericiliyə uyğun olaraq 50 000 000 manat olaraq müəyyən edilib.