“Azsığorta” ilə “Azəristiliktəchizat” arasında çəkişmə

18.11.2024

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azəristiliktəchizat” ASC ilə bağlı məhkəməyə müraciət olunub.

Tribunainfo.az xəbər verir ki, ASC ilə bağlı iddianı məhkəmədə “Azsığorta” qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir.

“Azəristiliktəchizat”la bağlı qaldırılmış iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 13 dekabr tarixində hakim Leyla Əliyevanın sədrliyi ilə işə baxılacaq.

Tərəflərin mövqeyini öyrənməyə hazırıq.

Nigar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью