AzSığorta zərər etdiyini açıqlayıb

28.07.2026

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

AzSığorta ASC 2026-cı ilin ilk yarısını 376 min manat xalis zərərlə başa vurub.

Banco.az  şirkətin maliyyə məlumatlarına istinadən xəbər ki, AzSığorta 2025-ci ilin eyni dövründə isə 673,6 min manat mənfəət əldə etmişdi.

Hesabat dövründə şirkətin ümumi gəlirləri 5,4 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% azdır. Ümumi xərclər isə 5,8 milyon manat təşkil edib və illik müqayisədə 9,2% azalıb.

Hesabat dövrünün sonuna şirkətin aktivləri 29,2 milyon manat olub ki, bu da illik müqayisədə 5,6% azalma deməkdir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью