“AzSığorta”nın ödənişləri artıb

24.09.2026

Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“AzSığorta” ASC 2026-cı ilin ilk 8 ayında 5 milyon 206 min manat sığorta haqqı toplayıb.

Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, 2025-ci ilin eyni dövründə şirkətin yığımları 5 milyon 732 min manat idi. Beləliklə, sığorta haqları 526 min manat və ya 9,2% azalıb.

Sığorta ödənişləri isə 1 milyon 200 min manatdan 1 milyon 247 min manata yüksəlib. Artım 3,9% təşkil edib.

Yığımların azalması fonunda ödəniş/yığım nisbəti 20,9%-dən 24%-ə yüksəlib.

Şirkətin bazar payı 0,55%-dən 0,47%-ə enib. Yığım həcminə görə “AzSığorta” müqayisə edilən şirkətlər arasında 15-ci yerdə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью