Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlət Agentliyindən AzVision.az -a bildirilib ki, açılışını SOCAR-ın vitse-prezidenti Fuad Musayevin iştirak etdiyi tədbir çərçivəsində mövzuya dair təqdimatlar və panel müzakirəsi keçirilib.
“Fərqli düşünməklə dayanıqlı keyfiyyət mədəniyyəti qurmaq” mövzusunda təşkil olunan panel müzakirəsində Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini Kəmalə Məmmədzadə, SOCAR-ın departament rəisi Nəriman Əkbərov və SOCAR Türkiyənin Keyfiyyət idarəetməsi üzrə meneceri Ömər Özkan çıxış ediblər. AzMİ-nin baş direktoru Xamis Seyranov “Metrologiya və kalibrlənmənin neft-qaz sənayesində rolu”, AZSTAND-ın baş direktorunun müavini Kəmalə Məmmədzadə isə “Neft-qaz sənayesində beynəlxalq standartların tətbiqi və keyfiyyətin təminatında rolu” mövzusunda çıxış ediblər.
Çıxışlar zamanı neft-qaz sektorunda məhsul və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər, bu sahədə beynəlxalq standartların tətbiqinin əhəmiyyəti, eləcə də metrologiya və kalibrlənmənin neft-qaz sənayesində etibarlı ölçmələrin təmin olunması, istehsalat proseslərinin təhlükəsizliyi və sənaye səmərəliliyinin artırılmasındakı rolu barədə məlumat verilib. Bununla yanaşı, AzMİ və AZSTAND ilə SOCAR arasında mövcud əməkdaşlıq mexanizmləri, bu əməkdaşlığın keyfiyyət idarəetmə sistemlərinin təkmilləşdirilməsinə verdiyi töhfələr və inkişaf perspektivləri diqqətə çatdırılıb.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. “Fərqli düşünməklə dayanıqlı keyfiyyət mədəniyyəti qurmaq” mövzusunda təşkil olunan panel müzakirəsində Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini Kəmalə Məmmədzadə, SOCAR-ın departament rəisi Nəriman Əkbərov və SOCAR Türkiyənin Keyfiyyət idarəetməsi üzrə meneceri Ömər Özkan çıxış ediblər. AzMİ-nin baş direktoru Xamis Seyranov “Metrologiya və kalibrlənmənin neft-qaz sənayesində rolu”, AZSTAND-ın baş direktorunun müavini Kəmalə Məmmədzadə isə “Neft-qaz sənayesində beynəlxalq standartların tətbiqi və keyfiyyətin təminatında rolu” mövzusunda çıxış ediblər.