AZSTAND ın ötənilki gəlir və xərcləri açıqlanıb | Icma.az
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) ötən il üzrə gəlir və xərcləri açıqlanıb.
"APA-Economics" xəbər verir ki, qurum ötən il 3036521,41 manat gəlir əldə edib. Hesabat dövründə AZSTAND-ın xərcləri 2987468,25 manat olub.
Nəticədə, qurum ötən ili 49053,16 manat mənfəətlə başa vurub.
Qeyd edək ki, qurumun 2024-cü il üzrə maliyə hesabatı kənar audit yoxlamalarına təqdim olunub və hazırda yoxlama prosesi davam edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu