futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünya çempionatında Meksika ilə CAR arasında keçirilən açılış oyununu izləyən azarkeş sayı məlum olub.
Futbolpress.az xəbər verir ki, “Aztek” stadionunda baş tutan görüşdə tribunalarda 80 min 824 tamaşaçı olub. Bu, mundiallar tarixində açılış oyunları arasında dördüncü ən yaxşı göstəricidir.
Birinci sırada 1970-ci ildə baş tutan Meksika – SSRİ matçıdır. Həmin görüşü 107 min fanat tribunadan izləyib.