AzTelco Group fəaliyyətini NaVis Group adı ilə davam etdirəcək

24.11.2026

Icma.az, Marja.az portalına istinadən məlumat yayır.

Müxtəlif biznes sahələrində fəaliyyət göstərən şirkətləri bir araya gətirən "AzTelco Group rebrendinq prosesi çərçivəsində adını dəyişərək fəaliyyətini NaVis Group adı ilə davam etdirəcək.

Ad dəyişikliyi Qrupun genişlənən fəaliyyət istiqamətlərini, strateji inkişaf hədəflərini və gələcəyə baxışını əks etdirir.

Hazırda "NaVis Group tikinti və mühəndislik, texnologiya, konsaltinq, xidmətlər və logistika istiqamətlərində fəaliyyət göstərən şirkətləri birləşdirir.

“Navigate with Vision” ifadəsindən formalaşan NaVis adı Qrupun gələcəyə aydın baxışını və ortaq məqsədlər ətrafında birgə inkişaf fəlsəfəsini ifadə edir.

Yeni brend kimliyi ilə NaVis Group fəaliyyətini “Gələcəyə aydın baxış | Birgə uğur” sloqanı altında davam etdirir.

Qrupun fəaliyyəti haqqında ətraflı məlumatı www.navisgroup.az rəsmi veb-saytından əldə etmək mümkündür.

Əlaqə məlumatları:  *4400  |  [email protected]

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью