“Aztelekom” nazirə məxsus oluduğu bildirilən QSC yə 2.5 milyon ödəyəcək

23.05.2025

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

“Aztelekom” MMC-nin “Smartnet” texniki dəstək xidmətinə sərf edəcəyi vəsaitin həcmi açıqlanıb.

Tribunainfo.az-ın xəbərinə görə, xərclənəcək məbləğ 2 568 819 AZN olub.

Qurum “Bestcomp Group” QSC ilə müqavilə bağlayıb.

Qeyd: QSC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir. “Bestcomp Group” 1998-c ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 962 330 AZN, qanuni təmsilçisi isə Həsənov Fərid Rafiq oğludur.

Pravda.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью