“Aztelekom sığortaçı seçib

20.11.2024

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom" MMC 203 əməkdaşının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Qala Sığorta" ASC-dir.

Qalib şirkətə 54 810 manat ödəniləcək.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью