“AzTelekom” tikinti şirkətindən akkumulyator alır | Icma.az
Icma.az, Tribuna saytına istinadən bildirir. -“AzTelekom” MMC özünün yeni tenderinin nəticələrini elan edib.
Tribunainfo.az xəbər verir ki, yeni tender akkumulyatorların alışı və quraşdırılması ilə bağlıdır.
Belə ki, dövlətə bağlı olan “AzTelekom” bununla əlaqədar “BUTA SUPPLY” MMC ilə 262.856,8 manatlıq satınalma müqaviləsi bağlayıb.
Açıq mənbələrdən məlum olan odur ki, “Buta Supply” şirkəti tikinti materiallarının satışı ilə məşğuldur.
Bu MMC-nin indiyə qədər keçirilən tenderlərdə əsasən bu tip məhsullar satdığı da qeryd edilir.
“Buta Supply” MMC-nin (VÖEN: 20054804410) direktoru Bəhruz Əhmədovdur.
O, 3-cü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində uğurla iştirak edənlərdən biridir.
Maraqlı məqam odur ki, “AzTelekom” bir həftə bundan öncə cərimə edilmiş şirkətlə satınalma müqaviləsi bağlayıb.
Tam oxu
Xəbəri oxu