Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Növbəti il ərzində aztəminatlı ailələrə dəstək məqsədilə ünvanlı dövlət sosial yardımı üzrə 470 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə 2027-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, eyni zamanda, sığorta-pensiya sistemində dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi məqsədilə 1 milyard 600 milyon manat vəsait nəzərdə tutulub.
Günay Şahmar, Bizim.Media