Aztəminatlı ailələrin sosial yardım ödənişləri artırılacaq?

17.11.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Ehtiyac meyarının artırılması sosial yardım alan ailələrin ödənişlərini yüksəldəcək.

"Cebheinfo.az" xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında gündəliyin beşinci məsələsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ehtiyac meyarının artırılması həm sosial yardım alan ailələrə ödənilən vəsaitin məbləğinin yüksəlməsinə, həm də bu yardımı almaq hüququ olan ailələrin dairəsinin genişlənməsinə imkan verəcək.

Onun sözlərinə görə, dövlət sosial yardım mexanizmi vasitəsilə aztəminatlı ailələrin hər bir üzvünün gəlirini müəyyən edilmiş ehtiyac meyarına çatdırmaq öhdəliyini üzərinə götürür.

Musa Quliyev vurğulayıb ki, bu yanaşma Prezident İlham Əliyevin sosial siyasətinin əsas prinsiplərindən biri olan heç bir vətəndaşın diqqətdən kənarda qalmaması prinsipinə xidmət edir.

Deputat qeyd edib ki, sözügedən qanun layihəsi Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi ilə birlikdə vahid sosial paketin tərkib hissəsidir. Layihənin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью