AzToyuq da vergi yoxlaması: Pozuntular aşkarlandı

29.05.2025

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"AzToyuq" MMC quşçuluq fabrikində vergi yoxlaması həyata keçirilib. 

Qaynarinfo-nun məlumatına görə, Dövlət Vergi Xidmətinin operativ vergi nəzarəti (OVN) tədbiri zamanı pozuntular aşkarlanıb. 

MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə OVN nəticələri haqqında - AKT-a əsasən 4000 manat maliyyə sanksiyası tətbiq edilib. 

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan quşçuluq fabrikinin qanuni təmsilçisi Qaffarov Elçin Xalid oğludur. Sözügedən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 39616.12 AZN vergi borcu var. 

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью