Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) biotibbi mühəndislik sahəsində xarici mütəxəssislərin səfəri çərçivəsində ilk işgüzar görüş keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin rəhbərliyi, institut direktorları, dekanlar, kafedra müdirləri və tədqiqatçılar iştirak ediblər.
“Caspia MedTech” şirkətinin məsul nümayəndələri, biotibbi mühəndis, Almaniyanın “Embocraft” şirkətinin təsisçisi Gunther Peeters, eləcə də “Aschaffenburg-Alzenau gGmbH” klinikasının Radiologiya və neyroradiologiya şöbəsinin müdiri Volker Mausunu AzTU-da görməkdən məmnunluğunu ifadə edən rektor Vilayət Vəliyev universitetdə biotibbi mühəndislik sahəsində təhsil, elmi-tədqiqat və sənaye əməkdaşlığının perspektivləri haqqında məlumat verib.
Tərəflər tibbi cihaz mühəndisliyi üzrə təhsil proqramlarının təkmilləşdirilməsi, müasir laboratoriya imkanlarının yaradılması, gənc tədqiqatçıların bu sahəyə cəlb edilməsi və beynəlxalq akademik əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Qonaqlar AzTU-nun elmi-texniki potensialı ilə yaxından tanış olub, gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.