AzTU komandası Tələbə Basketbol Liqasının qalibi olub

10.06.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) komandası Tələbə Basketbol Liqasının qalibi olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Bakı İdman Sarayında keçirilən final qarşılaşmasında AzTU komandası Azərbaycan İdman Akademiyasının kollektivi ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən həlledici oyunda AzTU yüksək əzmkarlıq, peşəkar oyun və güclü komanda ruhu nümayiş etdirərək rəqibini 20 xal üstünlüklə məğlub edib (90:70).

Final qarşılaşmasını izləyənlər arasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov və AzTU-nun rektoru Vilayət Vəliyev də olub. Onlar qalib komandanı qələbə münasibətilə təbrik edib, növbəti oyunlarda da uğurlar arzulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью