AzTU qlobal istiləşmə üzrə 14 cü beynəlxalq konfransa ev sahibliyi edəcək

02.07.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 2 iyul, AZƏRTAC

Sentyabrın 2-dən 4-dək Azərbaycan Texniki Universitetində (AzTU) 14-cü Qlobal İstiləşmə üzrə Beynəlxalq Konfrans (GCGW-2026) keçiriləcək.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, konfrans qlobal istiləşmə, iqlim dəyişiklikləri, enerji, ətraf mühit və dayanıqlı inkişaf sahələrində fəaliyyət göstərən alimləri, tədqiqatçıları və mütəxəssisləri bir araya gətirəcək.

Multidisiplinar beynəlxalq elmi platforma olan GCGW-2026 qlobal istiləşmənin təsirləri, bərpa olunan enerji, hidrogen texnologiyaları, enerji siyasəti, karbon emissiyalarının azaldılması, enerji səmərəliliyi, ekosistemlərin qorunması, süni intellektin enerji sektorunda tətbiqi və digər aktual istiqamətlər üzrə elmi müzakirələrin aparılmasına imkan yaradacaq.

Konfransa qəbul edilərək təqdim olunan məqalələr konfrans materiallarında dərc olunacaq. Seçilmiş yüksəkkeyfiyyətli elmi işlərin genişləndirilmiş versiyalarının isə beynəlxalq elmi jurnalların xüsusi buraxılışlarında nəşri nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью