Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 may, AZƏRTAC
“Karabakh Training Center”in təşəbbüsü ilə Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və əməkdaşlarının Xankəndi, Laçın, Şuşa və Ağdam şəhərlərinə səfəri təşkil edilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, məqsəd tələbə və əməkdaşları işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış etmək olub.
İştirakçılara 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonra Qarabağda həyata keçirilən layihələr, bərpa edilən tarixi abidələr, sakinlər üçün yaradılan şərait haqqında ətraflı məlumat verilib.