Azturk Holding də bütün fəaliyyətlər düzgün və şəffaf şəkildə həyata keçirilir

27.01.2026

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Son günlər bəzi şəxslərin Azturk Holding və ya mənim adımdan istifadə edərək şirkətimizin layihələrinə müdaxilə etməyə çalışdığı barədə söz-söhbətlər dolaşır. Bildirmək istəyirik ki, bu məlumatlar tamamilə əsassız və yalandır. Yalan vədlərə inanmayın.
Newscenter.az xəbər verir ki, bu fikirlər Azturk Holding-in yaydığı bəyanatda əksini tapıb.
Bildirilib ki, Azturk Holding hər hansı tender elan edəcəyi halda, bu məlumat ilk növbədə şirkətin rəsmi saytında – www.azturkholding.com dərc olunacaq və bütün proses tam şəffaf, qanuni və izlənilə bilən şəkildə aparılacaq. Saytda elan olunmamış heç bir məlumatı qəbul etməyin.
Kadr seçimi və digər vacib qərarları şəxsən rəhbərlik izləyir, ya birbaşa, ya da kamera vasitəsilə. Rüşvət, qanunsuz və ya haram hərəkət mümkün deyil.
Şirkətimizin əsas məqsədi zəkasına, savadına və işinə güvənən insanlarla işləməkdir. Qapımız hamıya açıqdır. Ona görə də belə söz-söhbətlərə inanmayın və yayılmasına imkan verməyin. Azturk Holding-də bütün fəaliyyətlər düzgün və şəffaf şəkildə həyata keçirilir.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью