Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq. Noyabrın 27-də keçirilən Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova qanun la
Spiker çıxış edən millət vəkilləri tərəfindən kiçik məsələlərin şişirdildiyini bildirib.
Dövlətin sosial sahədə gördüyü işlərlə bağlı isə niyə danışılmadığını onlara sual edib.
Gündəm olan məsələ “AzTV ”nin diqqətindən yayınmayıb. Belə ki, xəbərlərin axşam buraxılışında Milli Məclisin iclası ilə bağlı süjet təqdim e
Süjetdə Siyavuş Novruzov, Səyyad Aran, Razi Nurullayev, Arzuxan Əlizadə və digər millət vəkilləri sərt tənqid edilib.
Onların sosial mövzuları az qala çarəsizlik formulu üzərindən təqdim etmələri ölkədə həyata keçirilən dövlət siyasətinə xoşagəlməz fon yaratdığı bildirilib.
"Millət vəkilinin öz seçicisinin rəğbətini qazanmaq üçün reklama deyil, dövlətin dinamik inkişaf strategiyası barədə tam məlumatlı olmağa və onu vətəndaşa doğru şəkildə çatdıra bilməyə ehtiyac var.
Parlament ölkənin simasıdır və bu orqanda dövləti həm seçicilər, həm də beynəlxalq təşkilatlar qarşısında layiqincə təmsil etməyi bacaran insanlar çalışmalıdır.