AzTV məhkəməyə verilib

21.01.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dövlət Televiziyasının (AzTV) keçmiş əməkdaşı Günay Növruz bu qurumu məhkəməyə verib.

Gununsesi.info-nun xəbərinə görə, buna səbəb jurnalistin işdən qanunsuz azad edilməsi olub.

İddia ərizəsi Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin icraatında olub və 10 yanvar 2025-ci il tarixli qərardad qəbul edilib.

Qərardadə əsasən iş baxılması üçün Yasamal Rayonund Məhkəməsinə göndərilib.
Günay Novruz açıqlamasında bildirib ki, sosial şəbəkədə yazdığı bir statusa görə işdən kənarlaşdırılıb.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью