AzTV nin binası söküləcək, yerində isə… EKSKLÜZİV KONKRET

29.08.2025

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Dövlət Televiziyasının (AzTV) binasının sökülməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub. Məlumata görə, söküntüyə təxminən oktyabr ayının 1-dən başlanılacaq və əvəzində yeni bina tikiləcək. Yeni binanın 12 mərtəbəli olacağı haqda da məlumatlar verilib.

KONKRET.az məsələni dəqiqləşdirmək üçün AzTV-nin mətbuat xidməti ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, yeni binanın tikilməsi nəzərdə tutulur. Lakin söküntünün və tikintinin dəqiq nə vaxt başlayacağı ilə bağlı hələlik məlumat yoxdur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью